Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Albaniyanın süni intellekt naziri Diella saxlanılıb.
O, yüksəksürətli magistral yolların tikintisi üzrə tenderləri “optimallaşdırmaq” üçün 14 bitkoin (təxminən 1.3 milyon avro) rüşvət almaqda şübhəli bilinir.
KONKRET.az xəbər verir ki, bu barədə “Newsbar” nəşri məlumat verib.
Beləliklə, Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Xüsusi Prokurorluğu dövlət idarəçiliyinin rəqəmsallaşdırılması təcrübəsini müvəqqəti olaraq dayandırıb və Diellanı offlayn rejimə keçirib.
Məluma olub ki, hər müqavilənin dəyərinin 10-15%-i naməlum hesablara köçürülüb və süni intellekt bunu “standart əməliyyat protokolu” kimi şərh edib.
Neyroşəbəkə bu hərəkətlərin zəruri olduğunu və cinayət olmadığını hesab edib.
Prokurorluq bildirib ki, süni intellektin kriptovalyutanı server və proqram təminatının alınması da daxil olmaqla, öz modernləşdirilməsi üçün istifadə etməyi planlaşdırıb.
Öz növbəsində nazirin süni intellekt vəkili “müştərisinin hərəkətlərinə haqq qazandıran” bəyanat hazırlayıb.