Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Nvidia" şirkətinin baş direktoru Censen Huan 2012-ci ildə aparılan ilk maşın öyrənməsi sınaqlarının adi istehlakçı videokartı - daha dəqiqi, SLI ilə birləşdirilmiş, hər biri 3 GB yaddaşa malik iki "GTX 580" üzərində həyata keçirildiyini bildirib.
Qaynarinfo xəbər verir ki, Huan bun barədə "Co Rogan" podkastında danışıb.
"Nvidia" rəhbəri deyib ki, elə məhz bu avadanlıqda bütün sənaye üçün dönüş nöqtəsinə çevrilən "AlexNet" modeli işə düşüb.
Toronto Universitetinin tədqiqatçıları Aleks Kriçevski, İlya Sutskever və Cefri Hinton hələ müasir formada neyron şəbəkələrin mövcud olmadığı dövrdə şəkillərin tanınmasını yaxşılaşdırmağın yollarını axtarıb.
O vaxta qədər hazırlayıcılar kənarların, bucaqların və teksturaların seçilməsi üçün əl ilə yazılmış alqoritmlərə güvənib.
"AlexNet" isə 8 qatdan və təxminən 60 milyon parametrdən ibarət bir model olub və kombinə edilmiş qıvrımlı və dərin neyron şəbəkələri vasitəsilə müstəqil şəkildə öyrənə bilib.
Nəticə o qədər təsirli olub ki, model kompüter görməsi sahəsindəki aparıcı həlli 70 faizdən çox üstələyib.