Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ fond bazarında texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. Süni intellektlə əlaqəli şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb.
“Bakupost” xəbər verir ki, “Nasdaq” indeksi 5,3%, “S&P 500” 3,7%, “Dow Jones” isə 1,9% geriləyib.
Satış dalğası “Nvidia”, “Tesla”, “Meta” və “Amazon” kimi şirkətlərin səhmlərinə də təsir edib. “Nvidia”nın səhmləri 13,7%, “Tesla”nın 7,6%-dən çox, “Meta”nın 5%-dən çox, “Amazon”un isə 4%-dən çox ucuzlaşıb.
Ucuzlaşma Avropa və Asiya bazarlarına da yayılıb. Cənubi Koreyanın “Kospi” və Yaponiyanın “Nikkei 225” indeksləri təxminən 5%, Tayvan birjası isə 6% geriləyib.
Vüsalə Hüseynova,
BakuPost