Icma.az bildirir, Ayna saytına əsaslanaraq. “Freedom Finance” Cənubi Qazaxıstanın texnologiya mənzərəsini necə dəyişir?
Çimkənd şəhəri sürətlə Mərkəzi Asiyanın rəqəmsal mərkəzinə çevrilir.
Son illərdə burada ictimai yerlərdə pulsuz “Wi-Fi”dan tutmuş innovativ məlumat mərkəzinə və mobil baza stansiyaları şəbəkəsinə qədər güclü infrastruktur qurulub.
Bütün bu dəyişikliklər təkcə Çimkənddə 7,5 milyard tenqedən çox olan “Freedom Holding Corp”un irimiqyaslı investisiyaları sayəsində mümkün olub.
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevlə görüşdə holdinqin rəhbəri Timur Turlov bu texnoloji transformasiyanın nəticələrini təqdim edərək rəqəmsal inqilabın gələcəyin işi olmadığını, artıq minlərlə insanın həyatını dəyişmiş reallıq olduğunu vurğulayıb.
Cənubi Qazaxıstanda telekommunikasiya infrastrukturunun inkişafı və rəqəmsal ekosistemin yaradılması haqqında "Lenta.ru" araşdırma aparıb.
AYNA.AZ sözügedən araşdırmanı istinadla təqdim edir: Transformasiya və inkişaf “Freedom Telecom” telekommunikasiyanın transformasiyası və inkişafı ilə məşğuldur.
Artıq şəhərdə əsas yerlərdə, o cümlədən park ərazilərində yerləşən 40 pulsuz “Wi-Fi” nöqtəsi fəaliyyət göstərir.