Süni intellekt qlobal iqtisadiyyata necə təsir edir?

25.09.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Süni intellekt və texnologiyanın gələcəyi bəşər tarixində ən böyük texnoloji innovasiya mərhələlərindən biridir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, istiqraz və səhm bazarlarında, kredit sektorunda, eləcə də neft bazarında baş verən dəyişikliklər iqtisadi siyasətin formalaşmasına təsir edən əsas amillər sırasındadır.

Pedro Varqas Davidin sözlərinə görə, bu amillər hökumətlərin, o cümlədən ABŞ kimi böyük iqtisadiyyatların belə daha rasional qərarlar qəbul etməsinə təsir göstərir.

O qeyd edib ki, hazırda süni intellekt və gələcəyin texnologiyaları sahəsində böyük innovasiya prosesi gedir və bu proses yalnız ABŞ və Çinlə məhdudlaşmır:

“Bir çox digər ölkələr süni intellektin aparat təminatı, həmçinin bu investisiya bumunun həyata keçirilməsi üçün zəruri xammal və enerjinin təchizat zəncirində iştirak edir”, - deyə o vurğulayıb.

P.V.David əlavə edib ki, süni intellektdən irəli gələn texnologiya yayılması və kapital xərcləri üzrə qlobal artım dünya iqtisadiyyatının dayanıqlılığını və gücünü dəstəkləyən amillərdəndir.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью