Süni intellekt Rusiyada işsizlərin sayını artırır

12.02.2026

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada ən böyük bank olan "Sberbank" 2025-ci ildən öz işçilərinin 20 faizini süni intellekt sistemlərinin tətbiqi səbəbindən işdən çıxarıb.

Reyting.az xəbər verir ki, bu barədə biznes, maliyyə, iqtisadi xəbərlər dərc edən "Vedemosti" nəşri yazıb.

Bildirilir ki, çoxsaylı narahatlıqlar olsa da, bu proses 2026-cı ildə də davam edir.

Bankın rəhbəri German Qref deyib ki, süni intellekt hər şeyi dəyişəcək, amma hazırda onun tam idarəetməyə tətbiqi erkən mərhələdədir.

Bankda həyata keçirilmiş ixtisarlara və davam edən bu prosesə normal yanaşdığını bildirən Qref müqayisə üçün vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərində də dövlət xidmətləri avtomatlaşdırılıb.

"Sberbank" rəhbəri əlavə edib ki, Rusiya hökuməti bu sahədə fəallaşmağı düşünür.

Qref xüsusi qeyd edib ki, hazırda süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi yüksək dairələr səviyyəsində nəzərdən keçirilir.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью