Icma.az, 525.az portalına istinadən məlumat verir.
«Süni intellekt düzgün tətbiq olunduqda bərabərliyi artıra, yanlış tətbiqdə isə uçurum yarada bilər. Müəllimin çatdıra bilmədiyi işləri süni intellektin həll etməsi, onu ikinci müəllimə çevirir”.
Bunu 525.az-a təhsil ekspert Rizvan Fikrətoğlu deyib. Ekspert bildirib ki, süni intellekt sayəsində qiymətləndirmədə subyektivlik də azalır. Yəni, tanışlıq, empatiya, əhval-ruhiyyə kimi faktorlar qiymətləndirməyə daha az təsir edir. Texnologiya imkanları, internetin sürəti eyni olduğu süni intellekt təhsildə bərabərlik yaradır:
«Süni intellekt təhsildə ədaləti yaradan alət də, ədalətsizliyi dərinləşdirən silah da ola bilər. Qərarı texnologiya deyil, insan verir».
Sevinc Qarayeva