Süni intellekt smartfonları əvəz edəcək? İlon Maskdan iddialara SƏRT REAKSİYA

05.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İnvestorlara təqdim olunduğu iddia edilən və Apple ilə Android smartfonlarına rəqib ola biləcəyi proqnozlaşdırılan süni intellekt dəstəkli yeni cihazın prototipi gündəmi zəbt edib. 
Bizim.Media xəbər verir ki, bəzi mənbələrdə İlon Maskın SpaceX-in gözlənilən IPO-sundan bir qədər əvvəl məhdud sayda investor qarşısında bu yeni cihazı nümayiş etdirdiyi bildirilirdi.
Lakin yayılan bu məlumatlar qarşısında İlon Mask sosial media platforması X vasitəsilə dərhal mövqe bildirib.
O, sözügedən xəbərləri "tamamilə yalan" adlandıraraq iddiaları qətiyyətlə təkzib edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью