Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Süni intelekt sistemləri üçün qurulan məlumat mərkəzləri son dövrlərdə yüksək su istehlakı səbəbindən müzakirə mövzusuna çevrilib. Bu mərkəzlərdə yaranan yüksək istiliyi idarə etmək üçün çox vaxt təmiz su ilə işləyən soyutma sistemlərindən istifadə olunur.
Qaynarinfo xəbər verir ki, Türkiyə Bilgi Texnologiyaları və Rabitə İdarəsinin (BTK) Məlumat Mərkəzi mühəndisi İbrahim Qeylanın sözlərinə görə, süni intellekt əvvəlki dövrlərdə məlumat mərkəzləri veb, verilənlər bazası və bulud sistemləri kimi nisbətən az sıxlığa malik strukturlardan ibarət idi. Bu tip mərkəzlərdə klassik soyutma metodları kifayət edirdi. Lakin süni zəkanın tətbiqi ilə avadanlıq ehtiyacları köklü şəkildə dəyişib:
"Hyperscale" məlumat mərkəzlərində süni zəka və maşın öyrənməsi sistemləri HPC (High Performance Computing) avadanlıqlarından istifadə edir və rack tutumları 40–150+ kVt səviyyəsindədir. Bu, çox yüksək istiliyin yaranmasına səbəb olur. Buna görə süni intellekt mərkəzlərində ənənəvi hava soyutma sistemləri əvəzinə evoparativ-adyabatik soyutma sistemləri istifadə olunur. Bu sistemlər isə böyük miqdarda su sərf edir".
İçməli sudan da təmiz su istifadə olunur
Qeylan qeyd edir ki, soyutma sistemlərində istifadə olunan su adi su deyil, son dərəcə saflaşdırılmış təmiz sudur. Məqsəd sistemdə daşlaşma və boru tıxanmalarının qarşısını almaqdır.
İstifadə olunan su geri qayıtmır
Soyutma proseslərində istifadə olunan suyun yenidən istifadə olunmadığını vurğulayan Qeylan bunun ciddi ekoloji təsirlərə səbəb olduğunu bildirir. Su soyutma zamanı buxarlanaraq atmosferə qarışır və praktik olaraq yerüstü içməli su qaynaqlarından çıxarılmış olur.
Yeni nəsil soyutma sistemləri inkişaf etdirilir
Enerji və təbii resursların artan xərcləri "davamlı süni intellekt” anlayışını gündəmə gətirib. Məlumat mərkəzləri artıq yalnız enerji səmərəliliyini deyil, su istifadəsini də yaxından izləyir. Bu baxımdan PUE (Energy Usage Effectiveness) və WUE (Water Usage Effectiveness) dəyərləri önə çıxır.
"İmmersion Cooling” (daldırma tipi soyutma) sistemləri bu sahədə diqqət çəkir. Burada IT cihazlar dielektrik maye içərisinə daldırılır və istilik transferi bu maye üzərindən həyata keçirilir. Bu sistemdə su və enerji istifadəsi xeyli qənaətlidir, çünki dielektrik maye təkrar istifadə olunur.
Qeylan OECD məlumatlarına istinad edərək 2027-ci ildə süni intellekt məlumat mərkəzlərinin illik 4,2–6,6 milyard kub metr su istehlak edəcəyini bildirir. Bu, Türkiyənin illik su istehlakının təxminən 10%-inə bərabərdir və İstanbulun illik su istehlakının 4–5 qatıdır.
Bir süni intellekt sorğusu təxminən 5 damla suya bərabərdir
Hər bir süni intellekt sorğusunun 0,3–0,4 ml, yəni təxminən 5 damla su sərf etdiyi qeyd olunur. Qeylan istifadəçiləri daha məsuliyyətli davranmağa çağırır, xüsusilə vizual əməliyyatların GPU istifadəsini artırdığı və su istehlakını 5–10 dəfə yüksəltdiyi vurğulanır.
qeylanın tövsiyəsi: Süni intellekt yalnız nəticəyə, qərara və məqsədə xidmət etməli, əyləncə və lazımsız tədqiqatlar üçün istifadə edilməməlidir. Sorğular konkret, detal və məqsəd yönümlü olmalıdır.
Aydın