Süni intellekt təbii mətnləri üstələyir

03.12.2025

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.

İnternetdə insanlar tərəfindən yazılmış mətnlər çox sürətlə azalır.

Reyting.az xəbər verir ki, bu, müstəqil tədqiqatlar qrupu "Five Percent"-in 2020–2025-ci illər ərzində onlayn kontenti əhatəli araşdırması nəticəsində üzə çıxıb.

Məlumata görə, 2024-cü ilin sonunda ilk dəfə süni intellektin yaratdığı mətnlər insan yazılarını geridə qoyub.

Tədqiqatda qeyd olunur ki, "ChatGPT" işə düşdükdən az sonra süni intellekt kontentinin həcmi artsa da, son 12 ayda bu artım tamamilə sabitləşib.

Tədqiqatçıların fikrincə, bu faktı süni intellekt mətnlərinin axtarış sistemlərində zəif reytinq alması ilə izah etmək olar.

Tədqiqatçılar hesab edirlər ki, "Google"un süni intellekt məzmununu filtrasiya etməkdə güclü təsiri var. Üstəlik, digər alternativ versiyaya görə, artıq süni intellekt insan üslubunu demək olar ki, tam qüsursuz təqlid etməyi bacarır.

Araşdırmalar "Surfer" adlı pulsuz alqoritmə əsaslanıb. Tədqiqat qrupundan bildiriblər ki, əslində, bu, ən etibarlı metod sayılmasa da, özünü doğruldub. 2020–2022-ci illərin 15 min məqaləsi üzərində aparılan sınaqda cəmi 4,2 faiz səhv göstəricisi müəyyən edilib.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью