525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Süni İntellekt (Sİ) tələbələrin öyrənmə və problemləri həll etmə üsullarını dəyişir. Maşın saniyələr ərzində cavab təqdim edə bildiyi bir dövrdə mövcud univetsitet modelinin "tamamilə köhnəldiyi" aydın görünür və bununla yanaşı universitetin rolu həm də daha da əhəmiyyətli olur. Artıq universitetin məsuliyyəti yalnız tələbələrə bilik qazandırmaqdan ibarət deyil”.
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib. Rektor bildirib ki, tələbələrə informasiyanı sorğulamağı, onun doğruluğunu qiymətləndirməyi və Sİ-dən məsuliyyətlə istifadə etməyi öyrətmək zərurətə çevrilir. İndi düzgün suallar verməyi bacarmaq, cavabları tapmaq qədər vacibdir. Etibarlı informasiyanı yanlış və çaşdırıcı məzmundan fərqləndirmək üçün tələbələrdə mühakimə yürütmək qabiliyyətini inkişaf etdirmək də zəruridir:
“Bəli, Sİ informasiyanı sürətlə emal edə bilər, lakin etik məsuliyyəti və müstəqil mühakimə qabiliyyətini əvəz edə bilməz. Bunlar savadlı və yetkin şəxsiyyətin formalaşması üçün əvəzolunmaz keyfiyyətlər olaraq qalır və inanıram ki, gələcəkdə də qalacaq».
Sevinc Qarayeva