Süni İntellekt tənzimləmək asan deyil” UNEC rektoru

20.04.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Süni İntellekt tənzimləmək asan deyil. Əsas problemlərdən biri onun çox sürətlə inkişaf etməsidir və buna görə qanunvericilik çox vaxt texnologiyanın arxasınca çatmaqda çətinlik çəkir. Digər problem isə etik yanaşmalarda fikir ayrılığıdır. Müxtəlif ölkələrin və cəmiyyətlərin dəyərləri fərqlidir, bu da universal qaydaların yaradılmasını çətinləşdirir. Bundan əlavə, hökumətlər, şirkətlər və alimlər arasında əməkdaşlıq vacibdir. Effektiv tənzimləmə üçün texnologiyanı dərindən başa düşmək lazımdır”.

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov söyləyib.

Rektor qeyd edib ki, gələcəkdə Sİ tənzimlənməsi daha çox qlobal əməkdaşlıq tələb edir. Sİ sərhəd tanımadığı üçün ölkələrin ortaq standartlar yaratması qaçılmaz görünür. Bu, iqlim dəyişikliyi və ya beynəlxalq ticarət sahəsindəki razılaşmalara bənzər çərçivələrin yaranmasına səbəb ola bilər. Eyni zamanda cəmiyyətin rolu da artacaq. İnsanların məlumatlı olması və müzakirələrə qoşulması daha ədalətli və effektiv siyasətlərin formalaşmasına kömək edəcək:

“"Sİ üçün qaydaları kim müəyyən edir?" sualına cavab vermək sadə deyil – bu, çoxşaxəli və davamlı inkişaf edən bir prosesdir. Məqsəd innovasiyanı təşviq etməklə yanaşı təhlükəsizlik və etik prinsipləri qorumaqdır. Görünən budur ku, Sİ həyatımızı köklü şəkildə dəyişə bilər, lakin onun necə formalaşacağı insanların əlindədir. Sİ-n insanlığa fayda verən istiqamətdə inkişafı təmin edilə bilər. Bir sözlə, bu yol hələ yeni başlayır və düzgün yanaşma ilə Sİ-i hamı üçün faydalı bir gücə çevirmək mümkündür».

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью