Süni intellekt viruslar yayır Microsoft dan xəbərdarlıq

20.11.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Microsoft" "Windows 11"-ə əlavə olunan yeni süni intellekt agentləri barədə xəbərdarlıq yayıb.

Milli.Az-ın məlumatına görə şirkət bildirir ki, bu agentlər bəzi tapşırıqları avtomatik yerinə yetirə bildiyi üçün yanlış yönləndirildikdə sistemə zərərli proqramlar yükləmək riski yarana bilər.

Bu funksiya standart olaraq söndürülüb. Aktiv edildikdə agentlər ayrıca hesablarla işləyir və sənədlər, masaüstü və endirmələr qovluğuna giriş əldə edir. "Microsoft" bunun təhlükəsizlik baxımından risk yaratdığını deyir.

Şirkət "cross prompt injection" adlı təhlükəni də vurğulayır. Bu o deməkdir ki, zərərli sənədlər və ya məzmun agentin davranışını dəyişdirə və istifadəçidən xəbərsiz sistemə proqram quraşdıra bilər.

"Microsoft" təhlükəsizliyi artırmaq üçün agentlərin bütün addımlarının qeydə alındığını və vacib əməliyyatların yalnız istifadəçi təsdiqi ilə icra olunduğunu bildirir. Yeni funksiya hazırda yalnız "Windows Insider" testçilərinə açıqdır.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью