Süni intellekt yaddaşı ZƏİFLƏDİR

08.05.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Süni intellektin insan yaddaşını zəiflədərək “rəqəmsal demensiya” yaratdığı ilə bağlı iddialar şişirdilir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının professoru, psixologiya elmləri doktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, Rusiya EA Psixologiya İnstitutunun sosial və iqtisadi psixologiya laboratoriyasının rəhbəri Timofey Nestik açıqlama verib.

O, bildirib ki, “rəqəmsal demensiya” anlayışı bir çox hallarda qorxu yaratmaq və informasiya məkanında diqqət çəkmək məqsədilə istifadə olunur.

Professorun sözlərinə görə, əsas təhlükə insanların süni intellektin verdiyi bütün cavab və tövsiyələrə düşünmədən əməl etməsi, müstəqil şəkildə düşünməkdən imtina etməsidir. Bu halda zamanla tənqidi düşüncə zəifləyə bilər.

Mütəxəssis əlavə edib ki, Herzen adına Rusiya Dövlət Pedaqoji Universiteti tərəfindən aparılan araşdırmaya əsasən, hər beş məktəblidən biri neyroşəbəkələrdən yalnız tapşırıqları həll etmək üçün deyil, həm də özünü yoxlamağa imkan verən “ağıllı həmsöhbət” kimi istifadə edir.

Timofey Nestik daha əvvəl də insanların emosional dəstəyi yaxınlarından və dostlarından deyil, getdikcə daha çox süni intellekt və antidepressantlarda axtardığını bildirmişdi. Onun sözlərinə görə, bu yanaşma mənfi nəticələrə səbəb ola bilər. Çünki neyroşəbəkələr insana canlı ünsiyyətin verdiyi emosional istiliyi və dəstəyi təqdim edə bilmir.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью