Icma.az, Azvision portalına istinadən məlumat yayır.
Mexanizmin adı insan beyninin yuxu zamanı gün ərzində yığılan xatirələri emal etməsinə bənzətmədən gəlir. Claude-un yaddaşı bir neçə qatdan ibarətdir. Ən aşağıda keçmiş söhbətlərin tam qeydləri dayanır. Onun üzərində modelin özünün yazdığı qısa qeydlər, daha sonra bir-birinə bağlı səhifələrdən ibarət “viki” gəlir. Ən yuxarıda isə hər yeni seansın əvvəlində yüklənən ən vacib məlumatlar saxlanılır.
Fərq “Pokémon Red” oyununda aydın görünüb. 10 min addımdan sonra Claude Sonnet 3.7 modeli 413 faylda təxminən 978 min simvol həcmində qeyd yaradıb, amma cəmi bir nişan qazanıb. Yeni mexanizmlə işləyən Claude Fable 5 isə 10 faylda 43 min simvol saxlayıb və dörd nişan qazanıb. O, hadisələrin təfərrüatını deyil, əsasən strategiya və qaydaları yadda saxlayıb.
Oyun zamanı model Pokémon mərkəzinin Mun dağının hansı tərəfində yerləşdiyini səhv qeyd edib və bu səbəbdən eyni marşruta dəfələrlə qayıdıb. “Yuxu” zamanı qeydi ilkin yazışma ilə müqayisə edərək səhvi tapıb, düzəldib və dağı keçib.
Mexanizm böyük sənəd toplularında da sınaqdan keçirilib. Model Stainless şirkətinin təxminən 350 min sənədi əsasında 128 seans ərzində “viki” qurub. Bu sənədlərin həcmi 420 milyon tokendir. 25 sual üzrə nəticə 13 faizdən 48 faizə yüksəlib. Xatırladaq ki, Anthropic Stainless şirkətini bu ilin may ayında satın alıb.
Şirkət birləşməsi ilə bağlı bir neçə sənəddən məlumat tələb edən suallarda Claude 87 faiz nəticə göstərib. Adi axtarışla bu göstərici 73 faiz olub.
Araşdırmaçılar bildirir ki, belə strukturları qurmaq və yeniləmək əlavə hesablama gücü tələb edir. Bundan başqa, yaddaşda səhv qeyd qalarsa, o, hər yeni seansa keçə bilər. Buna görə mexanizm ən çox uzun, çoxmərhələli tapşırıqlar yerinə yetirən süni intellekt agentləri üçün vacib sayılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Fərq “Pokémon Red” oyununda aydın görünüb. 10 min addımdan sonra Claude Sonnet 3.7 modeli 413 faylda təxminən 978 min simvol həcmində qeyd yaradıb, amma cəmi bir nişan qazanıb. Yeni mexanizmlə işləyən Claude Fable 5 isə 10 faylda 43 min simvol saxlayıb və dörd nişan qazanıb. O, hadisələrin təfərrüatını deyil, əsasən strategiya və qaydaları yadda saxlayıb.