Süni intellektdən daha sürətli biokompüter hazırlandı

06.03.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliyanın "Cortical Labs" şirkəti dünyanın ilk insan neyronları və silikon çipləri birləşdirən kommersiya biokompüterini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, xəbər verir ki, bu barədə "New Atlas" məlumat yayıb.

Məlumata görə, yeni sistem ənənəvi süni intellektdən daha sürətli öyrənmək və daha az enerji istifadə etmək qabiliyyətinə malikdir. 

"CL1" kompüteri sintetik bioloji intellekt texnologiyasına əsaslanır. Cihazın içərisində kök hüceyrələrdən yetişdirilən canlı neyronlar üzvi hesablama şəbəkəsi təşkil edir. Onlar dəqiq siqnal nəzarətini təmin edən və sistemin real vaxt rejimində uyğunlaşmasına imkan verən elektrod massivinə yerləşdirilir.

Tərtibatçılar artıq 30 ədədini hazırlayıblar və kommersiya bazarına çıxarmağı planlaşdırırlar. Müştərilər ya bulud xidməti vasitəsilə biokompüterə uzaqdan girişi icarəyə götürə, ya da cihazı 35 000 dollara ala biləcəklər.
Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью