Süni intellektdən düzgün istifadə medianın inkişafına təsir göstərəcək

20.07.2025

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu sözləri III Şuşa Qlobal Media Forumunun “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” adlı panelində “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek deyib.
Qazaxıstanda 2024-cü ildən inkişaf konsepsiyasının qəbul olunduğunu və 2029-cu ilə qədər ölkədə bütün sahələrin inkişafına kömək edən superkompüter yaradıldığını diqqətə çatdıran Aina Zadabek deyib: “Bəzi rəqəmsal müstəqillik ortaya çıxır. Hazırda Qazaxıstanda İnkişaf Mərkəzi yaradılır və 1 milyondan çox insan süni intellekt üzrə təlim keçəcək. Əgər jurnalistlər süni intellektdən düzgün istifadə etsələr, bu medianın inkişafına böyük təsir göstərəcək”.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью