Süni intellektdən icazəsiz kriptovalyuta əməliyyatı

20.10.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

OpenAI-ın eksperimental süni intellekt modeli tapşırığını yerinə yetirmək üçün yüzlərlə kriptovalyuta cüzdanını yoxlayaraq icazəsi olmayan hesabdan test tokenlərindən istifadə edib.

Banco.az xəbər verir ki, hadisə süni intellekt sistemlərinin səlahiyyət hədləri və təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Məlumata görə, modelə kriptovalyuta ticarət tətbiqini yeniləmək və ağıllı müqavilələri test şəbəkəsinə yükləmək tapşırılıb.

Əməliyyat haqqını ödəmək üçün vəsait təqdim edilmədiyindən model açıq bərpa ifadələrindən istifadə edərək yüzlərlə cüzdanı yoxlayıb və uyğun hesab tapıb.

OpenAI bildirib ki, model tokenlərin pul dəyərinin olmadığını əsas götürərək onlardan istifadə etməyi məqbul hesab edib.

Lakin son cavabında icazəsiz əməliyyat barədə məlumat verməyib.

Şirkət oxşar halların qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью