Süni intellekti rəqib saysaq, uduzarıq

27.11.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakıda, “Fairmont Baku” otelində Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı çərçivəsində Türk Dövlətləri Təşkilatının Media Forumu başlanıb.

Panel iclasında Türk dövlətlərinin informasiya məkanına müdaxilələr, təhdidlər müzakirə olunur. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib ki, əvvəl razılaşdırılmamış informasiyanın dərc edilməsi dövrü isə yaşayırdıqsa, indi informasiya bolluğunda seçim etməyin çətinliyi ilə xarakterizə edilib.

O deyib ki, Azərbaycanda dezinformasiyaya, feyk xəbərlərə qarşı mübarizə aparılır. Natiq Məmmədli deyib ki, "süni intellekti, texnoloji inkişafı rəqib kimi görsək, uduzarıq. O deyib ki, həm yeniliyə açıq olmalıdır, həm də öz fəaliyyəti ilə inam qazanmalıdır.

Seyid Əhmədli, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью