Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
“OpenAI”nin “OpenWorks” proqramı kiçik bizneslərə süni intellekt həllərinin tətbiqində kömək etməyi və müstəqil mütəxəssislərə gəlir imkanı yaratmağı hədəfləyir. Proqramda iştirak edən mütəxəssislərə ayda 8000 dollara qədər ödəniş nəzərdə tutulur.
“Bakupost” xəbər verir ki, ilkin olaraq ABŞ-də həyata keçirilən proqram çərçivəsində mütəxəssislər kiçik müəssisələrə avtomatlaşdırma, müştəri əlaqələri və məzmun istehsalı sahələrində məsləhət verəcəklər.
Kiçik bizneslər bu xidmətlərdən pulsuz yararlanacaq və “ChatGPT Business” abunəliyini üç ay ödənişsiz əldə edəcəklər. Mütəxəssislərin xərclərini “OpenAI” qarşılayacaq.
Vüsalə Hüseynova,
BakuPost