Süni intellektin dünyanı məhv etməsi ehtimalı azdır Medvedev

14.09.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyi ilə bağlı qorxular realdır, lakin onun dünyanı məhv etməsi ehtimalı azdır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev qeyd edib ki, süni intellekt planetə ciddi zərər vura, nüvə elektrik stansiyalarını, nəqliyyat mərkəzlərini və əsas sənaye sahələrini sıradan çıxara bilər.

Onun sözlərinə görə, ölkələrin süni intellektdən istifadənin qaydaları ilə bağlı razılığa gəlməsi məntiqli olardı. Lakin Medvedev hesab edir ki, böyük korporasiyalar buna imkan verməyəcək.

O, həmçinin zarafatla bildirib ki, belə vəziyyətdə insanların taleyi süni intellektin mərhəmətindən asılı qala bilər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью