Icma.az, Missiya.az portalına istinadən məlumat verir. Süni intellekt son illərin ən sürətlə inkişaf edən texnologiyalarından biridir və art
Biznesdən təhsilə, səhiyyədən mediaya qədər geniş istifadə sahələri olan bu texnologiya insanların işini asanlaşdırmaq, qərarvermə proseslər
Lakin bütün bu üstünlüklərlə yanaşı, süni intellektin gətirdiyi müəyyən risklər də mövcuddur.
Bəs, süni intellekt hansı təhlükələrə yol aça bilər? İş yerləri bu texnoloji dəyişikliklərdən necə təsirlənəcək?
Mövzu ilə bağlı Missiya.Az-a danışan İT mütəxəssisi Natiq Məmişov bildirib ki, süni intellektin istifadəsi ilə bağlı əsas problemlərdən biri informasiya təhlükəsizliyi və məxfilik məsələləridir: "Süni intellekt sistemləri şəxsi və həssas məlumatları toplaya bilir," – deyə o qeyd edib.
– "Məsələn, müştəri məlumatları, şəxsiyyət vəsiqəsi detalları və digər fərdi informasiyalar bu sistemlər vasitəsilə toplanır.
Belə məlumatların sızması isə şəxsi həyata ciddi risklər yarada bilər.
Şəxsi şəkillərin manipulyasiya olunaraq istifadə edilməsi, şəxsiyyət oğurluğu kimi hallar artıq real təhlükəyə çevrilib." Mütəxəssis süni intellekt modellərinin obyektivliyinə də toxunub: "Süni intellekt öyrədildiyi məlumatlar qədər obyektiv ola bilir.