Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Əmlak Ekspert Mərkəzinin (ƏEM) direktoru Ramil Osmanlı bildirib ki, daşınmaz əmlak istər yaşayış yeri kimi, istər investisiya aləti kimi daim iqtisadiyyatda çox ciddi əhəmiyyətli paya malik olubdur.
Ramil Osmanlı
“Təbii ki, süni intellektin tətbiqinin geniş yayılması iqtisadiyyata müəyyən mənada mənfi təsirlər göstərir. Xüsusilə, bir sıra sahələrdə insan əməyinin rolunu xeyli dərəcədə azaldır. Bu da gələcəkdə həmin sahələr üzrə iş yerlərinin sayının azalması və insanların gəlirlərinin azalmasına təsir göstərə bilər, xüsusilə orta təbəqə üçün müəyyən problemlər yarada bilər. Amma bu gün üçün bu istiqamətdə danışmaq hələ ki, tezdir. Çünki biz gələcəkdə bu tendensiyanın hansı formada və hansı dinamika ilə davam edəcəyini bilmirik.
Bütün hallarda daşınmaz əmlak istər yaşayış yeri kimi, istər investisiya aləti kimi daim iqtisadiyyatda çox ciddi əhəmiyyətli paya malik olub. Bu gün də belədir və gələcəkdə də yəqin ki, belə olacaq. İnsanların gəlirlərinin azalması daşınmaz əmlaka əlçatanlığı xeyli dərəcədə azaldır, aşağı salır. Bu mənada düşünürəm ki, süni intellektin inkişafı pik həddə çatdıqda təbii ki, bu digər sahələrə olduğu kimi, daşınmaz əmlak bazarına da mənfi təsirini göstərəcək”-deyə Ramil Osmanlı qeyd edib.
Günel Həsənova, Bizimyol.info