“Süni intellektin inkişafı tək bir məsələdən asılı deyil, Ekspert

07.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Süni intellektin inkişafı tək bir məsələdən asılı deyil, o bir çox alt komponentdə öz əksini tapmalıdır”.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov 525.az-a bildirib ki, bunlar insan resursları, dövlətin koordinasiyası və siyasəti, icraçı qurumların düzgün tənzimləməsi və ekosistemdəki şirkətlərin mədəniyyəti. Bunların hər biri ayrı-ayrılıqda işlənməlidir. Azərbaycanın ən zəif halqası dövlət qurumlarının qanunvericilik və tənzimləmə məsələlərində kifayət qədər çevik hərəkət edə bilməməsidir:

“Məsələn, Rusiya-Ukrayna münaqişəsi fonunda regiona axın edən İT mütəxəssislərini qanunvericilik bazamız hazır olmadığı üçün lazımi həcmdə qəbul edə bilmədik, digər qonşularımız isə bu fürsətdən yararlandı”.

Sevinc Qarayeva 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью