“Süni intellektin insanı sürətlə alətə, vasitəyə çevirmək təhlükəsi...”

05.06.2026

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnsan qalmağın ən yaxşı üsullarından biri də tamamilə təmənnasız yaxşılıq etməkdir. İnsan təmənnasız yaxşılıq edəndə nəfsindən tutmuş, texnoloji sistemə qədər qalib gəlir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib. 

“Texnologiyanın, informasiya axınının, süni intellektin insanı sürətlə alətə, vasitəyə çevirmək təhlükəsi qarşısında, insan qalmaq üçün mübarizə aparmaq zəruridir. Hazırda insanın diqqəti, datası və davranışları, hətta əzabları belə alqoritmlər üçün sadəcə mənfəət yaradan bir vasitə kimi nəzərdən keçirilir. Yəni insan kimi qalmaq daha əvvəlki kimi insan kimi doğlulmaqla bağlı olmayacaq. İnsan qalmaq sağlam düşüncəni saxlamaq, fərdiyyətini mühafizə etmək, yaradıcılığını, əxlaqını əldən verməməkdir. Əxlaqı əldən verməmək –vasitə olmağı rədd etmək, özümüz və digər insanların insan kimi qalması uğrunda mübarizədir”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью