Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nvidia şirkətinin təsisçisi və baş direktoru Jensen Huang süni intellektin inkişafında “qızıl dövrün” başladığını bildirib.
Azpost.info bildirir ki, onun sözlərinə görə, süni intellekt inkişafında dönüş nöqtəsinə çatılıb. Huang bu açıqlamanı şirkətin ikinci rüb üzrə maliyyə hesabatının açıqlanması ilə əlaqədar verib.
Nvidia rəhbəri bildirib ki, 2025-ci ildə süni intellekt infrastrukturunun yaradılması ilə əsasən bir şirkət məşğul olduğu halda, hazırda “yeni süni intellekt laboratoriyaları və startapların qızıl dövrü” başlayıb.
Onun sözlərinə görə, bir neçə qabaqcıl süni intellekt laboratoriyası paralel şəkildə genişlənir və dünyada süni intellektə tələbat getdikcə artır.
Nvidia-nın gəliri 96,2 milyard dollar olub
Şirkətin ikinci rübdə gəliri 96,2 milyard dollar təşkil edib.
Bu, əvvəlki rüblə müqayisədə 18 faiz, ötən ilin eyni rübü ilə müqayisədə isə 106 faiz çoxdur.
Nəticələr süni intellekt texnologiyalarına və onları işlətmək üçün tələb olunan hesablama infrastrukturuna qlobal tələbatın sürətlə artdığını göstərir.
AGI dövrü yaxınlaşır?
Süni intellektlə bağlı nikbin açıqlamalar bununla məhdudlaşmır. Bu həftənin əvvəlində OpenAI rəhbərliyi şirkətin ümumi süni intellektin – AGI-nin yaradılmasına yaxınlaşdığını açıqlayıb.
AGI-nin insan səviyyəsində müxtəlif tapşırıqları yerinə yetirə biləcəyi ehtimal olunur. Bunun üçün belə sistemlərin mücərrəd düşünmə, geniş biliklərdən istifadə, sağlam düşüncə və səbəb-nəticə əlaqələri qurmaq qabiliyyətinə malik olması gözlənilir. Belə texnologiyanın ortaya çıxması süni intellektin inkişafında yeni mərhələ yarada və insan həyatının bir çox sahəsinə ciddi təsir göstərə bilər.
Nvidia rəhbərinin “qızıl dövr” ifadəsi isə süni intellekt sahəsində həm böyük texnoloji yarışın, həm də yeni şirkət və layihələrin sürətli inkişafının qarşıdakı illərdə daha da güclənəcəyinə işarə edir.
Sunay