Süni intellektin sürətli inkişafı hara aparır?

27.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Süni intellekt texnologiyalarına yönəl­dilən investisiyaların sürətlə artması qlo­bal iqtisadi artımı dəstəkləməklə yanaşı, beynəlxalq maliyyə sistemində yeni risklər formalaşdırır. İngiltərə Bankının Maliyyə Sabitliyi Hesabatında deyilir ki, bu sahə­nin maliyyələşdirilməsində borclanmanın genişlənməsi, mürəkkəb maliyyə mexa­nizmlərinin tətbiqi və şirkətlər arasında qarşılıqlı asılılığın dərinləşməsi gələcəkdə maliyyə sabitliyi üçün ciddi problemlər ya­rada bilər.

Hesabatda qeyd olunur ki, süni intel­lekt sektoruna investisiyaların maliyyələş­dirilməsi getdikcə daha geniş maliyyə alətlərini əhatə edir. Bu prosesdə səhm bazarları, istiqraz emissiyaları, özəl kredit­lər və müxtəlif mürəkkəb maliyyələşdirmə mexanizmlərindən istifadə olunur. Nəti­cədə, texnologiya şirkətləri, investorlar, məlumat mərkəzlərinin operatorları və ma­liyyə institutları arasında qarşılıqlı əlaqələr daha da güclənir.

Qiymətləndirməyə görə, iri texnologi­ya şirkətlərinin 2026-cı ildə istiqraz bu­raxılışının həcmi 305 milyard dolları ötə­cək. Bu məbləğ qlobal investisiya reytinqli istiqraz emissiyasının təxminən 8 faizinə bərabərdir. Süni intellekt ekosistemində fəaliyyət göstərən digər şirkətlər də nəzərə alındıqda, borclanmanın ümumi miqyası daha da böyüyür.

Hesabatda diqqətçəkən digər məqam iri texnologiya şirkətlərinin potensial ma­liyyə öhdəliklərinin həcmi ilə bağlıdır. İngiltərə Bankının daxili hesablamalarına əsasən, bu şirkətlərin borcları və balans­dankənar müqavilə öhdəlikləri daxil ol­maqla, ümumi potensial maliyyə ekspozi­siyası 4 trilyon dolları ötür.

Beləliklə, hesabat süni intellektin qlo­bal iqtisadiyyat üçün yaratdığı investisiya imkanları ilə yanaşı, maliyyə sisteminin dayanıqlılığı baxımından yeni çağırışların da meydana çıxdığını göstərir. Texnologi­ya sektoruna yönəldilən kapitalın artması iqtisadi inkişafı sürətləndirsə də, maliy­yələşdirmə mexanizmlərinin şəffaflığı, borclanmanın idarə olunması və risklərin düzgün qiymətləndirilməsi gələcək dövrdə əsas məsələlərdən biri olaraq qalacaq.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью