Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Süni intellektin jurnalistikaya təsiri getdikcə daha da dərinləşir.
Texnologiyalar inkişaf etdikcə, süni intellekt jurnalistlərin gündəlik işlərini daha sürətli və daha effektiv şəkildə yerinə yetirmələrinə imkan yaradır.
Xəbər yazıları, analitik məqalələr, hətta video və audio məzmunlar belə süni intellekt vasitəsilə yaradılmağa başlanıb.
Bununla yanaşı, süni intellektin istifadəsi xəbər istehsalında obyektivlik, etik və məlumatın qərəzsizliyi kimi məsələləri gündəmə gətirir.
Süni intellektin bu qədər sürətlə bütün sahələrə nüfuz etməsi gələcəkdə jurnalist peşəsinə ehtiyacı aradan qaldıra bilər?
Jurnalistika sahəsində insan faktorunun rolu nə dərəcədə dəyişəcək?
Bu texnologiya jurnalistləri tamamilə əvəz edəcək, yoxsa yalnız onların işini asanlaşdıraraq müasir jurnalistikaya yeni bir baxış bucağı qatacaq?
Mövzu ilə bağlı BDU-nun jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu Avtosfer.az-a açıqlamsında bildirib ki, insan jurnalistlərinə hər zaman ehtiyac olacaq: “Süni intelekt sadəcə bizə müəyyən mənada məlumatları işləmək, hansısa bir məsələ ilə bağlı əlavə informasiyalar toplamaq üçün kömək edən bir alətdir.