Süni intellektlə bağlı risklər qanunvericilikdə öz əksini tapmalıdır | Icma.az
Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Süni intellektlə bağlı risklər qanunvericilikdə öz əksini tapmalıdır.
Bunu deputat Azay Quliyev deyib. Süni intellektə bağlı qanunvericilikdə hazırda müəyyən tənzimlənmələr var.
Bu sistem hər bir insanın həyatında dəyişiliklər yaradır. Yeni imkanlar açır. Texnologiyanın riskləri var.
Süni intellektin tətbiqi nəticəsində insanların şəxsi həyatına təsir edəcək məlumatlar götürülür.
Proses nəticəsində insanların harda müalicə olunduğunu öyrənmək mümkündür. Aldığı kreditlər sintez olunaraq manuplasiyaya məruz qala bilir.
Ayrı ölkələr bu cür risklərin qarşısını almaq üçün yeni qanunlar tətbiq edirlər.
Hesab edirəm biz də bu risklərin qarşısını alınması üçün qanunvericilikdə müvafiq dəyişiliklər etməliyik", - deputat bildirib.
Deputat Tahir Mirkişili də təklif edib ki, dünyada mövcud olan sistem təbii və süni intellektin başa düşülməsi üçün qanun iki formatda hazırlansın.
Tam oxu
Xəbəri oxu