Süni intellektlə çəkilən film Qran pri qazanıb

06.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstanın paytaxtı Astanada ilk dəfə keçirilən Astana AI Film Festivalında baş mükafatın qalibi müəyyənləşib. Latviya rejissoru Nikolay Şestak süni intellektdən istifadə etməklə hazırladığı “The First Honest Day” filmi ilə Qran-priyə layiq görülüb. O, 450 min ABŞ dolları məbləğində mükafat qazanıb.

Film insanın əməllərinin onun xarakterinə və görünüşünə təsirini bədii formada təqdim edir. Festivalın əsas müsabiqəsində ikinci yer Hindistanın “SITARA” filminə, üçüncü yer isə İspaniyanın “Looking For Perseida” ekran işinə verilib.

Festival süni intellektlə hazırlanmış filmlərə həsr olunan ən böyük beynəlxalq müsabiqələrdən biri kimi diqqət çəkib. Bu il 125 ölkədən 8 067 film təqdim olunub, onlardan 25-i final mərhələsinə seçilib. Festivalın ümumi mükafat və investisiya fondu isə 2 milyon ABŞ dolları təşkil edib.

S.Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью