Süni intellektlə eşq şousu çəkiləcək

21.08.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Koreyada insanlarla süni intellekt arasındakı romantik münasibətləri araşdıran yeni realiti-şou yayımlanacaq.

Axşam.az xəbər verir ki, “My AI Partner: A Strange Romance” adlı layihədə virtual tərəfdaşla münasibət qurmaq istəyən insanlar iştirak edəcək. Şouda aktrisa Li Yu Bi və komediya ustası Çan Do Yon da yer alacaq.

Layihə iştirakçıları üçün onların zövqünə uyğun görünüşə və səsə sahib fərdi süni intellekt tərəfdaşları yaradılacaq. Virtual partnyorlar iştirakçılarla restoran, əyləncə parkı və hovuz ətrafı istirahət zonalarında görüşlərə çıxacaq.

Bundan başqa, onlar gecə saatlarında iştirakçılarla şəxsi söhbətlər apararaq onların sevgisini qazanmağa çalışacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью