Süni intellektlə hazırlanmış CV lər işə qəbul şansını azalda bilər?

30.07.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni intellekt alətlərinin geniş yayılması işə qəbul prosesinə də təsir göstərməyə başlayıb.

Artıq bir çox namizəd CV (CV latın dilində "Curriculum Vitae" sözlərinin qısaltmasıdır və Azərbaycan dilində "həyatın gedişatı" və ya tərcümeyi-hal deməkdir) və motivasiya məktublarını hazırlayarkən AI texnologiyalarından istifadə edir. 

Bu isə HR (“Human Resources” - İnsan Resursları) mütəxəssisləri arasında belə sənədlərin nə dərəcədə etibarlı olduğu, süni intellektin hansı həddə qədər istifadə edilməsinin doğru sayıldığı və AI ilə hazırlanmış mətnlərin hansı əlamətlərlə müəyyən edilə bildiyi barədə müzakirələri aktuallaşdırıb. 

Bəs işəgötürənlər süni intellektlə hazırlanmış CV-ləri necə ayırd edirlər?

İnsan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva “Cebheinfo.az”-a bildirib ki, əslində, süni intellektlə hazırlanan CV-lərdə bəzi məlumatlar səhv ola bilir:

“Süni intellekt bəzən hazırladığı CV-lərdə əsas şablon vəzifə adlarından istifadə edir. Məsələn, şəxs mühasib deyil, amma sırf vakansiyada CV-si keçsin deyə onu hazırlayarkən bir neçə vakansiyaya uyğunlaşdırır.

Yəni süni intellekt qarşı tərəfi aldada bilir, dəqiq işləyəcəyinə isə tam güvən yoxdur. İnsanlar iş üçün CV hazırlanmasında süni intellektdən istifadə edəcəklərsə, burada məlumatların düzgün olmasına diqqət etməlidirlər.

Əks halda, yəni məlumatlar düzgün yazılmasa, onlar müsahibədən keçməyəcəklər. Hazırda hamı CV-ni süni intellektlə hazırlayır və bu, normaldır. Lakin CV-də verilən məlumatların düzgünlüyünə mütləq diqqət etmək lazımdır”.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью