Süni intellektle klipini hazırladılar VİDEO

29.03.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Süni intellekt proqramı vasitəsilə mərhum xalq artisti İlhamə Quliyevanın klipini hazırlayıblar. 

Redaktor.az xəbər verir ki, hazırlanan klipdə İ.Quliyevanın səsini və hərəkətini əks etdirən görüntülər təqdim olunub.

Xalq artistinin görüntülərini əks etdirən həmin klip izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı ildə 73 yaşında vəfat edib.

Sözügedən görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью