Süni intellektlə saxta ayı yardıldı: Polis hərəkətə keçdi

25.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiyada süni intellekt vasitəsilə saxta ayı görüntüsü hazırlayan qadın polis və mütəxəssislərin axtarış əməliyyatına səbəb olub.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyanın Amur vilayətinin Maqdaqaçi kəndində baş verib. 21 yaşlı qadın süni intellekt vasitəsilə kənd küçəsində gəzən böyük qonur ayının görüntüsünü hazırlayaraq tanışına göndərib.

O, bunu zarafat məqsədilə etsə də, şəkil qısa müddətdə sosial şəbəkələrdə və mesajlaşma qruplarında yayılıb. Görüntünü həqiqət hesab edən sakinlər polisə müraciət edərək yaşayış məntəqəsində ayının olduğunu bildiriblər. Bundan sonra polis və vəhşi heyvanların axtarışı üzrə mütəxəssislər ərazidə yoxlamalara başlayıblar. Sonradan qadın görüntünün süni intellekt vasitəsilə hazırlandığını etiraf edib.

Məhkəmə onu yalan məlumat yaymaqda təqsirli bilərək cərimələyib. Maraqlıdır ki, süni intellektlə yaradılan saxta görüntülər son dövrlərdə müxtəlif ölkələrdə ciddi çaşqınlığa səbəb olur. Mütəxəssislər belə materialların həqiqi xəbər kimi yayılmasının ictimai təhlükəsizlik baxımından risklər yaratdığını bildirirlər.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью