Icma.az bildirir, Gununsesi portalına istinadən.
Süni intellektlə saxta reseptlər hazırlanıb.
Bu barədə Gununsesi.info-ya vətəndaşlar məlumat verib.
“Sosial şəbəkələrdə yayıldığını gördüm. Çox narahat oldum. Bəzi reseptlərin saxta olduğu açıq şəkildə görünür”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, saxta reseptin üzərində bunun süni intellektlə hazırlandığını göstərən yazı da yer alıb. Həmçinin sənəddə 20.02.2020 tarixi qeyd edilib.
Vətəndaş hesab edir ki, bu cür saxta paylaşımlar insanları çaşdıra və həqiqətən yardıma ehtiyacı olan şəxslərə zərər vura bilər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şəbnəm