Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Vittori" startapı ABŞ-də ilk modelini təqdim edib.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, 6,8 litrlik V12 mühərriki (1110 at gücü) əsasında hibrid güc aqreqatına malik hiperkar məşhur İtaliya dizayn evi "Pininfarina" tərəfindən işlənib.
"Turboo" hiperkarından cəmi 50 ədədinin istehsalı planlaşdırılır. İlk modellər 2027-ci ilin dördüncü rübündə müştərilərə təhvil veriləcək.
Öncədən sifarişlə satılan avtomobil 2,5 milyon dollara başa gələcək.