Süni intellektli Bayraktar TB2T AI səmaya qalxıb Video | Icma.az
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin ilk milli silahlı pilotsuz uçuş aparatı (SİHA) "Bayraktar TB2"nin turbo mühərrikli və qabaqcıl süni intellektə malik yeni versiyası səmalarda yerini alıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Baykardan verilən yazılı açıqlamaya görə, uçuş sınaqları Ədirnənin Keşan rayonunda davam edən yeni nəsil "Bayraktar TB2T-AI SİHA" turbo mühərrik gücü, yüksək sürət, üstün hündürlük və ağıllı uçuş imkanları ilə dünyada öz sinfinin ən yaxşısı olaraq xidmət etməyə davam edəcək.
Hündürlük rekordu qırdı Turbo mühərrikli SİHA 30 dəqiqədən az bir müddətdə 30 min futdan çox yüksəkliyə qlxa bilir.
"Bayraktar TB2T-AI SİHA" davam edən uçuş sınaqlarında 30.318 fut yüksəkliyə çataraq öz rekordunu qırıb.
Mövcud SİHA-larla müqayisədə çox daha sürətli qalxmaq və yüksək hündürlükdə uzun müddət qalmaq qabiliyyətinə malik olan "Bayraktar TB2T-AI SİHA" 160 düyün (300 km/saat) sürətlə hava üstünlüyünü qorumaq üçün böyük güc qazanıb.
Hava döyüşlərində üstün avtonom imkanlar təklif edir Artan uçuş çəkisi və daşıma qabiliyyəti ilə döyüş meydanında daha uzun və effektiv xidmət edəcək "Bayraktar TB2T-AI SİHA" daxilinə inteqrasiya olunmuş üç yeni nəsil süni intellekt kompüteri ilə hava döyüşlərində üstün avtonom imkanlar təqdim edir.
SIHA, eyni zamanda, ən çətin elektron müharibə mühitlərində əraziyə istinad edilən vizual naviqasiyanı yerinə yetirmək qabiliyyətinə sahib olsa da, qabaqcıl süni intellekt sistemləri sayəsində vizual naviqasiya vasitəsilə ərazini tanıya və istiqaməti təyin edə bilər.
Tam oxu
Xəbəri oxu