Süni mayalanma etdirdilər, uşaq qaradərili doğuldu FOTO

31.01.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Florida ştatında süni mayalanma ilə valideyn olan cütlüyün başına iş gəlib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, valideynlər ağdərili olsa da, doğulan körpənin fərqli etnik görünüşə malik olması ailədə şübhələr yaradıb.

Sonrakı DNT testləri körpənin cütlüyün bioloji uşağı olmadığını müəyyən edib.

Ailə, başqa bir xəstəyə məxsus bir embrionun səhvən onlara köçürüldüyünü iddia edərək, prosesin onlar üçün böyük bir travma olduğunu bildirib. 

İddia ərizəsində cütlük aldıqları ağır emosional və psixoloji zərəri vurğulayıb və süni mayalanma mərkəzinin kobud səhlənkarlıq etdiyini qeyd ediblər.

Bu hadisə süni mayalanmada nəzarət və təhlükəsizlik prosedurları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Sözügedən iddia ilə bağlı məhkəmə işi hələlik yekunlaşmayıb.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью