Süni tıxac niyə yaradılır? VİDEO

24.06.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Nura Suri paytaxtda yaşanan nəqliyyat sıxlığından narazılığını ifadə edib.
Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək Babək prospektindəki vəziyyətə diqqət çəkib.
O, prospektdə yaranan avtomobil sıxlığını əks etdirən görüntüləri izləyiciləri ilə bölüşərək tıxacın süni şəkildə yaradıldığını iddia edib.
Nura Suri bildirib ki, məktəblərdə tədris prosesi başa çatdığı halda belə, yollardakı vəziyyət dəyişmir:
"İndi ki, məktəblər yoxdur. Günorta saat üçdür. Babək prospektinin çıxışı sanki sərhəddir. Bura gün ərzində 2-3 dəfə bağlanır. Süni tıxac niyə yaradılıb burada?". (Musavat.com)

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью