Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərədə genetik xəstəliklərin qarşısını almaq məqsədilə ilk dəfə üç nəfərin DNT-sindən istifadə edilərək sağlam embrionlar yaradılıb.
Sfera.az xəbər verir ki, bu yeni texnika nəticəsində səkkiz körpə-dörd oğlan və dörd qız (onlardan biri eyni əkizdir) dünyaya gəlib.
Körpələrin hamısı sağlamdır və genetik xəstəlik əlaməti daşımır. Hazırda bir hamiləlik də davam edir.
Bu proseduru keçən qadınlarda mitoxondriya mutasiyası olduğundan, onların övladlarında ölümcül xəstəlik riski yüksək idi.
Yeni üsul isə bu mutasiyaların ötürülməsinin qarşısını alır.
Mitoxondriya xəstəlikləri adətən erkən yaşda özünü göstərir və uşaqlarda inkişaf geriliyi, fiziki məhdudiyyət və erkən ölümə səbəb ola bilər.
Hər 5000 körpədən biri bu xəstəliklə doğulur. İngiltərə bu texnologiyanı qanuniləşdirən ilk ölkə olub.