Super Bowl da reklamın dəyəri 8 milyon avronu keçib

30.01.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 9-da Nyu Orleanda "Kanzas Siti Çifs" və "Filadelfiya İqlz" arasında Amerika futbolu üzrə mövsümün final matçı olan "Super Bowl" keçiriləcək.

İdman.biz xəbər verir ki, "Variety"nin məlumatına əsasən, hazırda "Fox" kanalında oyun zamanı reklamın dəyəri 8 milyon avronu keçib.

Kanal "Super Bowl" vaxtı yayımlanacaq ən azı on reklam çarxı satıb.

Əvvəlki "Super Bowl" reklamdan təxminən 600 milyon dollar gəlir gətirmişdi.

"Kanzas Siti Çifs" son altı mövsümdə 5-ci dəfə NFL çempionu titulu uğrunda finalda mübarizə aparacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью