Super Liqa klubu Renat Dadaşova görə cəzalandırıldı

13.01.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Türkiyənin təmsilçisi "Hatayspor"a Azərbaycan millisinin hücumçusu Renat Dadaşova görə transfer qadağası qoyulub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Ajansspor" yayıb.

Xəbərə görə, Super Lliqa klubu Renata borclu olduğu üçün iki mövsüm yeni oyunçu ala bilməyəcək. Mənbə "Hatayspor"un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi halda, vəziyyəti dəyişə biləcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda "Ankaragücü"də çıxış edən Dadaşov 2023/2024 mövsümündə Hatay komandasında top qovub.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью