Super Liqa klubunda Yakiroviç dönəmi

29.01.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Sergey Yakiroviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumatı yayıb. Mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Yakiroviç son olaraq Zaqreb “Dinamo”sunda işləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью