Super Liqa klubunun yarımmüdafiəçisi Beşiktaş ın hədəfində

20.11.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Qaziantep"in yarımmüdafiəçisi Kaçper Kozlovski Super Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaaş" polşalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın Kozlovskinin oyununu bəyənir. "Beşiktaş" 22 yaşlı hücumameyilli yarımmüdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Qaziantep" Kaçper Kozlovskini 2024-cü ilin yayında "Brayton"dan 200 min avroya transfer edib. Polşa millisinin üzvü bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью