Super Liqa klubunun yeni baş məşqçisi açıqlandı

14.10.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin "Samsunspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Nenad Byelitsa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssis bu gün Samsuna gedərək mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Nenad Byelitsanın son iş yeri Zaqreb "Dinamo"su olub. "Samsunspor" isə Torsten Finklə yollarını ayırıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью