Super Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

08.02.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "Bodrum" klubunun yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Joze Moraiş çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Bodrum" bir neçə gün Öncə Volkan Demirellə yollarını ayırıb. Joze Moraişin son iş yeri isə İranda "Sepahan" olub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью