Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Super Liqasında VIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb.
Gərgin keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.
Günün digər matçında “Amed” doğma meydanda “Konyaspor”u qəbul edib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, “Qalatasaray” 19 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan “Amed” ikinci, 15 xalı olan “Beşiktaş” isə üçüncü pillədə qərarlaşıb.
“Beşiktaş”dan qələbə, “Çorum”dan darmadağın “Mançester Siti” “Liverpul”u darmadağın etdi “Real” qalib gəldi, Vinisius qırmızı vərəqə aldı “Barselona”dan darmadağın, “Atletiko”dan qələbə “Çelsi”dən darmadağın, “Yunayted” xal itirdi