Icma.az, Sportal.az saytına istinadən bildirir.
Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Qaziantep" Orhan Akla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Orhan Ak bu ilin sentyabrında "Qaziantep"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Super Liqada 11 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Qaziantep təmsilçisi çempionatda keçirdiyi son 6 oyunda məğlub olub.
saytlarin hazirlanmasi