Super Liqada mövsümün ilk məşqçi ayrılığı Mirel Redoyla yollar ayrıldı

31.08.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Superliqasında 2026/2027 mövsümünün ilk baş məşqçi ayrılığı gerçəkləşib.

Apasport.az xəbər verir ki, “Qaziantep” Mirel Redoyla yollarını ayırıb.

45 yaşlı rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Redoy 2026-cı ilin aprelində “Qaziantep”in baş məşqçisi təyin edilmiş və onunla 1,5 illik müqavilə imzalanmışdı. O, komandanın sükanı arxasında ümumilikdə 7 matça çıxıb və yalnız 1 qələbə qazanıb.

Qeyd edək ki, “Qaziantep” Superliqanın ilk 3 turunda 4 xal toplayıb. Komanda son turda “Çaykur Rizespor”a 1:2 hesabı ilə məğlub olub.
 

“Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir Platini İnfantinoya qarşı çıxdı – “O, getməlidir” Türkiyə millisinin üzvü “Qalatasaray”da – Dəniz Gül İstanbula gəlir Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Acundan növbəti transfer – “Roma”nın hücumçusu "Hall Siti" yolunda
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью