Superkompüter Çempionlar Liqasının favoritlərini açıqladı

11.09.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Opta superkompüteri UEFA Çempionlar Liqasının ümumi mərhələsinin birinci turundan sonra turnirin əsas favoritlərini müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, turnirin qalibi olmaq üçün ən yüksək şans “Arsenal”a məxsusdur. London klubunun Çempionlar Liqasını qazanmaq ehtimalı 22,9 faiz qiymətləndirilib.

Favoritlər siyahısında ikinci pillədə 18,2 faiz göstərici ilə “Bavariya” qərarlaşıb. “Mançester Siti” isə 14,4 faiz ehtimalla üçüncü sıradadır.

Çempionlar Liqasının ümumi mərhələsinin birinci turundan sonra turnir cədvəlinə PSJ başçılıq edir. “Bavariya” ikinci, “Barselona” isə üçüncü pillədə yer alıb. Hər üç komandanın aktivində 3 xal var.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi PSJ-dir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью